Əziz dostlar Sizi HR və kargüzarlıq treningin keçirilməsi - TopicsExpress



          

Əziz dostlar Sizi HR və kargüzarlıq treningin keçirilməsi ilə əlaqədar təlimlərə dəvət edirik. Prime Personnel şirkəti Sizi 11-12 iyul 2013 il tarixində Kadrlar işinin təşkili və mövcud qanunvericiliyə uyğun olaraq sənədləşmənin xüsusiyyətləri təliminə dəvət edirik. Təlim şirkətlərdə mövcud olan kadr sənədləşməsinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparılmasına həsr olunmuşdur. Təlimin məqsədi iqtisadi, sosial sahələrdə yüksək templə inkişaf edən ölkəmizdə kargüzarlıq, sənədləşmənin ən mürəkkəb və mübahisəli hallarının araşdırılması, kadr sənədləşməsinin uçotunun idarə edilməsi və bunun üçün professional yanaşmanın öyrənilməsi və digər mühüm məsələlərin iştirakçılara çatdırılmasıdır. Təlim zamanı iştirakçılar yuxarıda qeyd edilən istiqamətlər üzrə biliklər əldə edəcəklər, praktiki olaraq aralıq testlər həll edib və müzakirələr aparacaqlar. Qeyd etmək istərdik ki, bu gunə qədər təlimdə bir çox şirkətlərin HR direktorları, kadr menecerləri, təşkilatların kadr sənəd saxlanması üçün məsuliyyət daşıyan işçiləri iştirak ediblər. Məlumat üçün bildiririk ki, Prime Personnel Recruitment şirkəti işçi heyətinin seçimi ilə məşğul olan kadr agentliyi və HR konsaltinq və tədris xidmətlərini özündə birləşdirir. Bu, şirkəti yalnız işçi heyətinin seçimində ixtisaslaşan bir çox agentliklərdən fərqləndirir. Şirkət tərəfdaşlarına ən optimal idarəetmə və təşkilati qərarların seçimində yardım edir ki, bu da peşəkarlara vaxt və resurslara qənaət etməkdə köməklik göstərir. Treningləri bitirdikdən sonra sertifikat təqdim olunur. Treninqlərin keçirilmə müddəti: 2 gün (Ümumi 10 saat) Vaxt: 14:00 – 19:00 Qiyməti: 300AZN Bir şirkətdən 2 adam iştirak edirsə -500AZN. 3-adam iştirak edirsə 750AZN, 4 adam – 900AZN, endirim olunacaq. Tel: 012 436 73 45 Mob: 050 291 21 29 E-mail: [email protected] Treninqlere yazilmaq üçün qabaqdan qeydiyyatdan keçmeyinizi xahiş edirik! Yerlər məhduddur!
Posted on: Thu, 27 Jun 2013 05:24:32 +0000

Recently Viewed Topics




© 2015