“Yeddilər” formatında müttəliqlik edən partiyalar - TopicsExpress



          

“Yeddilər” formatında müttəliqlik edən partiyalar (Azərbaycan Xalq Partiyası, Demokratik Birlik Partiyası, Azərbaycan Demokratik İstiqlal Partiyası, Demokratik Sağ Partiyası, Əhrar Partiyası, Yeni Turan Partiyası, Əmək Partiyası) və Müsavat Partiyasının nümayəndəsinin iştirakı ilə dünən toplantı keçiriblər. Tədbir haqda “Yeni Müsavat”a məlumat verən AXP sədri Pənah Hüseyn bildirdi ki, toplantıda YAP-ın icra katibi Əli Əhmədovun sentyabrın 26-da İTV-də baş tutan prezidentliyə namizədlərin debatında Milli Şuranın vahid namizədi Cəmil Həsənlini həbslə hədələməsi pislənilib: “Bu hal hakimiyyətin seçiciləri qorxutması kimi dəyərləndirib, buna siyasi qiymət verilməsi tələb olunub”. P.Hüseyn bildirdi ki, iclas zamanı seçki prosesinin gediş ilə bağlı da müzakirələr aparılıb: “Həmçinin, bu partiyalar öz üzvlərini və tərəfdarlarını Cəmil Həsənliyə səs verməyə çağırıb”. Qeyd edək ki, bu yeddi partiya 2013-cü ilin əvvəllərində Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyini dəstəkləyəcəklərini bəyan etmişdilər. Sonradan situasiya dəyişdi, Milli Şura yarandı və Cəmil Həsənli qurumun vahid namizədi elan edildi. “Yeddilər” situasiyaya uyğun olaraq Milli Şuranın namizədini dəstəkləyirlər. musavat
Posted on: Fri, 27 Sep 2013 21:38:10 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015