A N A… bu 3 hərfdən ibarət sadə, qısa söz bizim - TopicsExpress



          

A N A… bu 3 hərfdən ibarət sadə, qısa söz bizim həyatımızın ən böyük mənasıdır. Insan hər şeyin, hər borcun əvəzini artıqlaması ilə qaytara bilər. bəs ana? Ana borcu qaytarila bilərmi? Yox anam…. Yooox. Həyatımın hamısını sənə həsr etsəmdə, bütün ömrüm boyunca qulluqçu kimi önündə işləsəmdə sənin 9 ay məni öz bətnində daşımağını, gecələr yatmayıb mənə layla oxumağını, Xəstələndiyimdə bütün günü başımın üstündə durub mənə baxmağını, məni istədiyim kimi geyindirmək, istədiyimi yedirtmək üçün öz istədiyin heç nəyi etməməyini necə ödəyim ana? Bəlkədə elə bilirsən qızın səni heç sevmir, sən onunçün heç kəssən, bəlkədə sənə qarşı özümü elə göstərmişəm, amma bil anacan nə qədər səni incitsəmdə, dediklərinə boyun əyməsəmdə hər nə olsada sən mənim ANAMsan və sənə ömür boyu borcluyam. Sən nə biləsən axı sənin gözündə bir damla yaş görəndə həyat gözümdə nece cəhənnəmə dönür. Sən nə biləsən axı səni kimsə incidən də həmin adamı öz əllərimlə boğaraq öldürmək istəyirəm... Sən üzülmə, sən ağlama, sən dərd eləmə, sən əsəbləşmə, lazımdırsa hamısını yerinə mən edərm amma sən etmə.. hər bir qızın anası onun qəhrəmanıdır, qəhrəmanını gözü yaşlə heç kəs görnək istəməz, hamı güclü görmək istəyir. Mən də ,anacan,mən də! Sən daima gül! Uşaq vaxtı həmişə istəyirdim tez boyüyüm amma indi istəmirəm ,ana, mən böyüdükcə sən qocalırsan. Mən səni daima gənc indiki kimi görmək istəyirəm.... ANA... Ehhh ana, elə məni qucaqlayıb : qızım səni çox sevirəm sözünü deməyini istəyirəm... Ehhh , sevginə elə möhtacam...
Posted on: Mon, 08 Jul 2013 07:33:40 +0000

Trending Topics



within

Recently Viewed Topics




© 2015