Adnan Oktar(Harun Yəhya) Qlobal Masonluq Təkamülün xəyali - TopicsExpress



          

Adnan Oktar(Harun Yəhya) Qlobal Masonluq Təkamülün xəyali mexanizmləri Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin "təkamül mexanizmləri" kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici gücə malik olmamasının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iddiasını tam şəkildə "təbii seleksiya" mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: "Cinslərin mənşəyi təbii seleksiya yolu ilə". Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm maralları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz. Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və "Cinslərin mənşəyi" kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz" demək məcburiyyətində qalmışdı (Oharles Darwin, The Origin of Speoies: A Faosimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).
Posted on: Sun, 01 Sep 2013 09:13:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015