Anası Nazilə Rəsulova APA TV-yə deyib ki, onların ailə - TopicsExpress



          

Anası Nazilə Rəsulova APA TV-yə deyib ki, onların ailə faciəsi 2004-cü ildə, həyat yoldaşının ölümü ilə başlayıb. Həmin vaxt Asim və qardaşı Rasim bir neft şirkətində işləyirmişlər. 2005-ci il dekabrın 23-də Qazaxıstana ezamiyyətə göndərilən Rasim mindiyi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirir. Qardaşının ölümündən bir il sonra isə Asim ixtisara düşür. 2008-ci ildə Tekfen Holding-də özünə iş tapan Asim Qazaxıstanın Atrau şəhərinə göndərilir. İşini yaxşı bacardığından, onu Levent Nihat Bozqurd adlı Türkiyə vətəndaşı Atraudan Astanaya - öz şirkətinə dəvət edir. Asim razılaşır. Ancaq şərt qoyur ki, burda çox işləyə bilməyəcək, anası Bakıda təkdir. Bir müddətdən sonra Asim öz rəisinə Bakıya qayıtmaq fikrində olduğunu deyir, şirkətdən alacağını istəyir Asim Rəsulov deyir ki, şirkət pulunu nağd verməyib: Dedilər ki, əvvəlcə Karakandaya gedib, əşyalarımı yığım, Pul lazım olduğunu desəm də, vermədilər. Asim yaşadığı yerə qayıdır. Kirayə qaldığı evin qapısını açanda, başına küt alətlə vururlar. Huşunu itirdikdən sonra sinəsindən bıçaqlanır. Onu iki gün sonra yaşayış yerindən uzaqda, qarın içində tapırlar. news.lent.az/news/156431
Posted on: Sat, 22 Feb 2014 21:04:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015