Armen Rüstəmyan: Ermənilər bu ölkəni kütləvi şəkildə - TopicsExpress



          

Armen Rüstəmyan: Ermənilər bu ölkəni kütləvi şəkildə tərk edir Daşnaksütyun Partiyası siyasi şurasının üzvü, parlamentin deputatı Armen Rüstəmyan etiraf edib ki, Ermənistanda yaranmış ağır maliyyə və sosial böhranlara görə durum belə davam edərsə, ermənilər milli azlığa çevriləcəklər. Bu problemin yeganə çözüm yolu yeni bir inqilabın gündəmə gəlməsidir. Bu gün Ermənistan elə bir ağır vəziyyətdədir ki, insanlar kütləvi şəkildə ölkəni tərk etmək məcburiyyətindədirlər. Xüsusilə kəndlər tam şəkildə boşalmaqdadır. Fermerlər onlara məxsus torpaq sahələrini və digər mülkiyyət vasitələrini sataraq qaçıb gedirlər. Ermənilərin Qafqazdan köçüb getmələrinin səbəbi Qafqazın bütün arxeoloji və maddi mədəniyyət abidələrinin izlərində ermənilərə məxsus etnokulturoloji dəyərlərin heç birinə rast gəlinmir. Baxmayaraq ki, onlar Qafqazda bir sıra maddi mədəniyyət abidələrinə son iki yüz ildə ağla gəlməyən səviyyədə iddialar irəli sürüblər, bu siyasətin çox da dərindən işləməsinə özlərinin də inamları olmayıb. Ermənilərin Qafqazda kütləvi şəkildə məskunlaşmalarının əsas səbəbi Fransa, İngiltərə, Almaniya və Rusiyanın onların arxasında durması səbəbindən doğmuşdu. Uzun müddət ermənilərin Qafqaz sobetnosunlarından biri kimi rəsmiləşdirilməyə çalışılsa da, indi heç kim bunun fərqində deyil. çünki tarixi və təbii proseslər birbaşa onların əleyhinə yönəlib. Ermənilər Gürcüstanın Tiflis, Ahısqa, Kolxida, Borçalı və İmereti vilayətlərinə görə son iki yüz ildə ərazi iddiasını sərgiləyiblər. Bu regionlarda mövcud olan protoxristian abidələrini bəhanə gətirərərək həmin tarixi və mədəni qatlara sahib olmaq siyasətinə görə yetərincə saxatakarlıqlar törədiblər. Bunun ardınca isə ermənilərin də Qafqazda subetnos statusuna malik olması kimi ağlasığmayan proseslər yaşanılıb. Qafqazın xristianlaşdırılması və bu prosesdə xristian əhalisinin sayının artırılması çar Rusiyası siyasətinin maraqlarına cavab verdiyi üçün ermənilərə tarixdə ilk dəfə olaraq torpaq mülkiyyəti statusu verildi. Bu prosesdə özlərini Hind-Avropa mənşəli etnomədəni qatına bağlayan osetinlər və ermənilər çar Rusiyasının, sonra da Sovetlər Birliyinin sayəsində Qafqazda ərazi statusu qazanıblar. İndi bu iki xalqın Gürcüstandan uzaqlaşmasının tarixi səbəblərindən biri də onların regionda baş verən etnomədəni, etnokonfessional standartlara cavab vermədiklərinin fərqinə varmağa başlayıblar. Azərbaycandan və bunun davamı kimi Ermənistan ərazilərindən ermənilərin köçüb getmələrinin əsas səbəbi heç də sosial həyat tərzinin həddindən ağır olması deyil, onların regionda baş verən proseslərə görə artıq heç kimsəyə lazım olmamasıdır. çünki Rusiya Qafqaz siyasətində artıq tarixi reallıqları nəzərə almağa başlayıb. Avropada isə siyasi maraqlardan daha çox iqtisadi şərtlər daxilində fəaliyyətlərə önəm verilir. İrəvanda real durumuun dərk edilməsi Orta səviyyədə imkanlı ermənilərin kütləvi şəkildə Ermənistanı tərk etməsi regionda baş verən problemlərin daha da dərinləşməsinə səbəb olub. Orta təbəqənin tamamilə sıradan çıxması elə bunun təsdiqidir. Ermənistan Gürcüstanda yaşanılan Abxaziya və Güney Osetiya sindromlarına görə Rusiya, Ukrayna, Belorus və Moldova bazarlarına çıxışdan məhrum olub. Halbuki ermənilər bu iki bölücü regionda Gürcüstana qarşı ən ağır savaş nöqtələrində əldə silah mübarizə aparıblar. Onlar elə düşünürdülər ki, bu qanlı savaşların nəticəsində Gürcüstan Minqreliya, Acarıstan, Svanetiya, Xevsuretiya, Borçalı, Ahısqa, Abxaziya və Güney Osetiya regionlarına bölünərək keçmiş Yuqoslaviyada olduğu kimi bir neçə dövlətə parçalanacaq. Məşhur gürcü etnoqrafı Quram Marxuliya ermənilərin bu strategiyasını ifşa edən araşdırmalarında belə qeyd edir: Gürcüstan tarixi reallıqların arxasında duran gizlinləri zamanında dərk etdi. Buna görə də Türkiyə və Azərbaycanın regionda ənənəvi gücünün sayəsində öz varlığını qoruya bildi. Bundan ən çox zərər görən tərəf isə ermənilər və Ermənistandır. İndi ermənisiz Qafqaz siyasətinin gerçəkləşməsinə çalışmalıyıq. Azərbaycan və Türkiyə olmadan Gürcüstan da mövcud deyil, strategiyası rəsmi Tiflisin dövlət siyasətinə çevrilməlidir. Bizə qarşı təhrik edilən abxazlar və osetinlər də bütün olanları unudub da yenidən Tiflisə pənah gətirəcəklər. Təbii olaraq ermənisiz Qafqaz etnoloji və sosial həyat tərzi bir reallığa çevrilib. Bunu dərk edən ermənilər beyənlxalq birliklər qarşısında Gürcüstan və Azərbaycanda ermənilərə qarşı kəskin mövqenin, hətta düşmənçilik həddində siyasətin dayandırılması şərtlərini irəli sürməyə başlayıblar. Guya bu yöndə təbliğatlar dayandırılmış olarsa, xalqlararası dialoqlara da geniş imkanlar yarana bilər. Sadə ermənilər isə bütün bunların fərqinə varmadan regiondan köçüb getməkdə israrlıdırlar. çünki onlara artıq Qafqazda münasibətlərin zor gücünə dəyişdirilməsi üçün hökm edə biləcək güc yoxdur. Zəngin ermənilər də xaricə üz tutublar Daşnaksütyun Partiyasına yaxın olan erməni strateji araşdırma mərkəzləri son zamanlar etiraf etməyə başlayıblar ki, Ermənistandakı zənginlər belə öz kapitallarını xarici ölkələrə transfer etməkdə maraqlıdırlar. İndi heç bir erməni zəngini, işadamı, hətta İrəvandakı oliqraxlar da Ermənistanda yatırım qoymurlar. Maddi imkanları olanlar isə hakimiyyətə etibar etmirlər. Erməni zənginləri belə etiraf edirlər ki, hakimiyyət regionda heç bir problemi həll etmək iqtidarında deyil. Beləliklə, Ermənistanda kənd təsərrüfatı, digər sənaye və istehsal vasitələri son 30 ildə özünün ən ağır durumunu yaşamaqdadır. Prosesdən yayınmaq, Ermənistanın mümkün olan bütün vasitələrlə varlığını qorumaq üçün milli təhlükəsizlik doktrinasını gündəmə gətirməklə hakimiyyətin devrilməsi iddiaları artıq günün mövzusuna çevrilib. Bunun prioritetlərinin cizgiləri barədə artıq açıq şəkildə belə danışılmaqdadır. Milli üfüqi siyasətin bərpası, sosial ədalətin bərqarar olması, insan hüquqularının inkişaf etdirilməsi, yeni hakimiyyətin formalaşdırılması tipli çağırışlara faktiki olaraq erməni cəmiyyəti ironik baxışla yanaşır. çünki sırada fars-major şəraiti nəzərə alaraq, yeni tendensiyaların dərinləşməsi təhlükəsi Ermənistanın ümumiyyətlə bir dövlət kimi mövcudluğuna son qoya bilər. *** Politoloq Eduard Şarmazanov isə etiraf edib ki, Ermənistan bu gün elə bir durumdadır ki, hər hansı bir inqilabi proses baş verə bilməz. çünki əhali artıq nə iqtidara, nə də müxalifətə inanır. İqtisadi fəlakət, maliyyə böhranı kimi problemlərin həllinə belə ümid yoxdur. Baş nazir Tiqran Sərkisyan və onun komandası böhrandan çıxış yolu yönündə ardıcıl şəkildə açıqlamalar versə də, real həyatda Ermənistanın xarici borclarının daim artan xətlə yüksəlməsi regionda real durumun heç də belə olmadığını təsdiq edir. Hakimiyyət imitasiya edərək iqtisadi yüksəliş barədə havadan götürülmüş xəyali rəqəmlərə istinad etməklə yetinməkdədir. Aylıq maaşların, təqaüdlərin xaricdən alınmış kreditlər hesabına ödənilməsi ölkə üçün daha ağır təhlükə mənbəyinə çevrilib. çünki xaricdən alınan bu borcları Ermənistan çox da uzaqda olmayan yaxın 5-6 ildə ödəməyə borcludur. Hal-hazırda Ermənistanın xarici borcları 3 milyard dollar həddindədir. Bu qədər maliyyə vəsaitinin 70 faizi birbaşa dövlət borcları hesab olunur. BMT-nin miqrasiya problemləri üzrə araşdırma mərkəzinin hesabatında bildirilir ki, 3 milyon 500 min nəfər əhalisi olan Ermənistandan 1 milyon 700 min nəfər son illər ərzində xarici ölkələrə miqrasiya ediblər. Bu proses indi də davam edir.
Posted on: Sun, 26 Jan 2014 20:39:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015