Azərbaycan bazarına ilkin məhsul artıq cari ilin sentyabrında - TopicsExpress



          

Azərbaycan bazarına ilkin məhsul artıq cari ilin sentyabrında təqdim edilib. Bu məhsulu paytaxtımızın şərab butikləri və restoranlarda tapmaq mümkündür. Brendin ixracatı 2014-cü ilin əvvəlinə planlaşdırılır. İlk olaraq, Rusiya və Çin kimi ölkələrdə satılması nəzərdə tutulub. "Caspian Coast Winery & Vineyards" MMC "Synergy Group"a daxildir. Xatırladaq ki, “Synergy Group” ASC ölkəmizdə şərabçılıq ənənələrinin bərpası üçün əhəmiyyətli yatırım edərək Siyəzən Şərab zavodunu 2010-cu ildə yenidən qurub və beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edib. Nəzərinizə çatdıraq ki, "Caspian Coast Winery & Vineyards" MMC 21 növ şərab və artıq 4 növ konyak istehsal edir. Müasir Avropa avadanlıqları ilə qurulan zavod ildə 8000 ton üzüm emalı gücünə malikdir. Zavodun nəzdində yenidən bərpa olunmuş üzümlüklər kənd təsərrüfatı istehsalının inkişafı və müasirləşdirilməsi istiqamətində “Synergy Group” ASC-nin investisiya strategiyasının mühüm bir hissəsidir. #CCWV #CaspianCoast #Hamya #Azerbaijan #sustainability #development #business #investment #Siyazan #synergy #SynergyGroupAz #vineyards #winery #CabernetSauvignon #Syrah #Saperavi #Merlot #Rkatsiteli #Gewurztraminer #Sauvignon #Chardonnay #Muscat #Shani #Matrasa #CityofWinds #congnac #brand
Posted on: Thu, 26 Sep 2013 12:44:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015