Birdən qəbirdən səs gəldi..." Böyük alimlərdən olan - TopicsExpress



          

Birdən qəbirdən səs gəldi..." Böyük alimlərdən olan Ayətullah Nəraqi öz cavanlıq dövründən belə nəql edir: "Mən cavan olan zaman Novruz bayarımında atamı və bəzi dostlarımı görmək üçün İsfahana gedərdim. Çərşənbə günü qəbiristanlığın yaxınlığında yaşayan dostumu görmək üçün getmişdim. Dedilər ki, o, evdə yoxdur. Uzun yol gəlmişdim və qəbir əhlini ziyarət etmək və bir qədər dincəlmək üçün ora getdik. Dostlarımdan biri yaxınlıqda olan qəbirlərin birinə üzünü çevirib dedi: "Ey qəbir sahibi! Bayramdır, bizi qonaq etmirsən?”. Birdən qəbirdən səs gəldi: "Gələn həftə elə bu günü hamınız mənim qonağımsınız”. Hamımız bu səsdən qorxduq və güman etdik ki, yəqin ki, gələn həftəyə qədər hamımız öləcəyik. Ona görə də işlərimizi səhmana saldıq, vəsiyyətimizi yazdıq. Ancaq ölümdən bir xəbər yox idi. Gələn həftənin çərşənbə günü oldu və hamımız ölümü səbirsizliklə gözləyirdik, ancaq hələ də ölümdən bir xəbər yox idi. Ona görə də hamımız yığışıb həmin qəbrin yanına gəldik. Qəbrin yanına gələn kimi bizlərdən biri dedi: "Ey qəbir sahibi! İndi vədinə əməl et!”. Səs gəldi: "Bura buyurun! Bunu bilin ki, bəzən Allah insanın gözündə olan maneəni kənara çəkir ki, ibrət olsun”. Gözümüzün önündəkilər dəyişdi və mələkut aləmini görməyə başladıq. Gördük ki, təravətli bir bağdayıq. Oradan saf bulaq axırdı və ağacların üstü meyvə ilə dolu idi. Müxtəlif quşlar var idi. Orada bir imarətə çatdıq və o, çox zinətli bir imarət idi. Ətrafında da bağ var idi. Bu imarətə daxil olduq və bir nəfəri oturmuş halda gördük. Başqaları isə ona qulluq edirdilər. Bizi görən kimi ayağa qalxdı. Sonra əmr edir ki, bizim üçün süfrə açsınlar və dünyada görmədiyimiz meyvə və şirniyyat gətirdilər. Sonra bizə dedi: "Buyurun”. Bu nemətlər o qədər dadlı idi ki, bu cür ləzzəti heç dadmamışdıq. Hər nə qədər yeyirdiksə, doymurduq. Yenə də yemək üçün iştahamız var idi. Müxtəlif yeməklər gətirdilər və hər birinin də öz ləziz dadı var idi. Bir neçə saatdan sonra ayağa qalxdıq və bağa getdik. Atam onun kim oldiğunu və buranın hara olduğunu soruşdu. Həmin şəxs cavab verdi: "Sizinlə həmvətənəm. Mən filan küçənin qəssabı idim”. Soruşduq: "Bu məqamın səbəbi nədir?” – "İki səbəbi vardır. Biri bu idi ki, heç bir zaman insanları çəkidə aldatmazdım. İkincisi isə namazı əvvəli vaxtda qılardım. Əgər əti tərəziyə qoyan zaman azan səsini eşidirdimsə, onu çəkmirdim. Namaz üçün məscidə gedirdim. Öləndən sonra mən bura gəldim və siz də mənə bu sözü deyən zaman bu həftə üçün icazə aldım”. Sonra hər birimiz ömrümüzün miqdarı haqqında sual verdik. O, da cavab verirdi. Bir dostuma 90-dan çox yaşayacağını dedi və mənə dedi ki, sən də hələ on-on beş il yaşayacaqsan. Xudafizləşdik və o, bizi ötürdü. Qayıtmaq istədik və gördük ki, elə həmin qəbrin yanında dayanmışıq”. Irade
Posted on: Sun, 25 Aug 2013 15:15:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015