Bu gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq - TopicsExpress



          

Bu gün Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılıb və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsi və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb. Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, habelə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu qeyd edilib. Xatırladaq ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın Silahlı Qüvvələrinin çıxarılmalı, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtma hüquqlarına malik olduğunu bir daha təsbit edib və Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə nizami ordu göndərilməsinin dayandırılmasını tələb edib. Həmçinin bugünki plenar iclasda seçkilərə dair də sənəd qəbul edilib. Bu dəqiqələrdə GUNDEMİNFO.AZ-ın əldə etdiyi məlumatlara əsasən Avropa Birliyinin Yaxın Qonşuluq Siyasəti üzrə hesabatı açıqlanıb. AB-nin Strasburqdan yayımladığı sənəddə qeyd edilir ki, 9 oktyabr 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkiləri beynəlxalq standartlara cavab verməyib. Sənədin qısa məzmununa uyğun olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qəbul etdiyi sənəddəki məqamları qəbul edirik və bundan təəssüflənirik. Azərbaycan hökumətinə çağırış edirik ki, ATƏT və DTİHB-nin qəbul etdiyi qəsurların aradan qaldırılması istiqamətində addımlar atsın. Qeyd edək ki, Avropa Parlamenti sənədə düzəliş edərək ATƏT/DTİHB-nin qeyd etdiyi faktlarla razılaşıb.
Posted on: Wed, 23 Oct 2013 16:56:49 +0000

Recently Viewed Topics




© 2015