Bəs münafiqləri digər inkarçılardan daha aşağı mövqeyə - TopicsExpress



          

Bəs münafiqləri digər inkarçılardan daha aşağı mövqeyə salan bu fərq nədən ibarətdir? İnkarçı Allaha inanmaz, Onun varlığını tamamilə inkar edər. Təbii ki, din əxlaqını və Quranı da... Münafiq isə Allahı birbaşa inkar etməz, dinə və Qurana inandığını söyləyər. Lakin məqsədi inananları aldatmaqdır. Qəlbində iman yoxdur. İnkarçı Allahı inkar etdiyini elan edərkən, münafiq əksinə, inkarını gizləyib iman gətirmiş kimi görünür. Öz iddiasına görə, iman da gətirir, Allahdan da qorxur. Ancaq münafiqin doğrunu söyləmədiyini, qəlbində “əsl iman”ın olmadığını Allah bizə ayələri ilə bildirmişdir. Bəqərə surəsində belə buyurulur: İnsanlar arasında elələri də vardır ki, mömin olmadıqları halda: “Allaha və Axirət gününə inanırıq”– deyirlər. (Bəqərə surəsi, 8) Münafiq iman gətirdiyini iddia etdiyi üçün mömin birliyinin içində olur. Möminlərin arasında bəzən bütün həyatını keçirir. Ancaq inkarını içində gizlədiyi üçün möminlər arasında daim fitnə çıxarmağa, Allaha inanan səmimi insanlara zərər verməyə, onları zəifliyə sürükləməyə çalışır. Münafiqlərin bu fitnəkar xarakterlərinə Quranda belə diqqət çəkilmişdir: O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir”– deyirdilər… Əgər hər tərəfindən üstlərinə hücum edilsəydi, sonra da onlardan fitnə törətmək tələb olunsaydı, onu mütləq edər və cüzi şey istisna olmaqla bunda ləngiməzdilər. (Əhzab surəsi, 12-14) İnkarına baxmayaraq, münafiq heç vaxt “mən münafiqəm” deməz. Əksinə, özünün son dərəcə “təqvalı” olduğunu iddia edər. Ona görə də, möminləri səhv, özünü isə ən doğru yolda zənn edər. Bu səbəbdən, məqsədinin möminləri doğru yola yönəltmək olduğunu bildirər. Bu da, onun fitnə çıxarma metodlarından biridir.
Posted on: Tue, 15 Oct 2013 21:24:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015