MOLOTOV KOKTEYLI Bu söz birləşməsini tez-tez televiziyadan - TopicsExpress



          

MOLOTOV KOKTEYLI Bu söz birləşməsini tez-tez televiziyadan eşidirik. Daha çox xaricdə radikal nümayişçilərin və teror təşkilatlarının zövqlə işlətdikləri bəsit yandırıcı-partlayıcı maddə. Ötən ay Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda Yusif Məmmədəliyevin yaradıcılıq həyatını əks etdirən muzeylə tanış olmağa getmişdim. İnstitutun direktoru, AMEA müxbir üzvü, professor Vaqif Abbasov burada gözlə görünür dərəcədə böyük işlər görməklə yanaşı, bu muzeyin ayaqda qalması üçün də əsl ziyalı təəssübkeşliyi göstərmişdir. Maraqlı odur ki, eksponatlar barədə bilgi veriləndə söylədilər ki, Molotov Kokteyli adı ilə tanınan bu yandırıcı-partlayıcı vasitə məhz Yusif Məmmədəliyevin başçılığı ilə azərbaycanlı alimlər qrupu tərəfindən Bakıda hazırlanıb. Sonradan bunun təqdimatını SSRİ-nin o zamankı Xarici İşlər naziri Molotov keçirdiyinə görə, onun adı ilə tarixdə qalıb. İndi AFFA-nın Lənkəran stadionunda iğtişaşlar zamanı Molotov Kokteyli tapılması xəbərini eşidəndə, düşündüm ki, azarkeşlərdən kimsə tarixi keçmişimizə sayğısından ötrü, eləcə də patent haqqımızı tələb etmək məqsədilə belə bir yandırıcı vasitəni stadiona gətirib. Yeri gəlmişkən, stadionlarımızda iğtişaşın baş verməməsi üçün sadəcə normal futbol oynamaq lazım. Futbolu meydançada deyil, başqa yerlərdə oynayanda, tamaşaçılar da tribunalarda öz istədikləri havanı oynayacaqlar. Üstəlik bir-birinin üzərinə Molotov Kokteyli olmasa da, mütləq hansısa kokteyl dağıdacaqlar... ~Deputat Fazil Mustafa
Posted on: Wed, 28 Aug 2013 10:20:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015