Misirdə hər gün onlarla insanın həyatının itirilməsi - TopicsExpress



          

Misirdə hər gün onlarla insanın həyatının itirilməsi müşaiyyət olunan qanlı prosseslərin qarşısını almaq üçün Türkiyə ABŞ, Avropa Birliyi, BƏƏ və Qətərlə birlikdə ərsəyə gətirdiyi fəaliyyət planının detalları məlum olub. ANS PRESS Türkiyə mediasına istinadən xəbər verir ki, 7 maddəlik hərəkət planı BMT-nin baş katibi Pan Gi Mun tərəfindən də maraqla izlənilir. Məlumata görə, Türkiyənin hazırladığı təkliflərin reallaşmasında Misir müxalifəti və ordusu da maraqlıdır. Fəaliyyət planının maddələri belədir: 1.Prezident Məhəmməd Mursi həbsdən azad edilir 2. Müxalifət fəallarının həbsinə yönəlik addımlara son verilir 3. Bağlanılan media orqanlarının yenidən fəaliyyəti təmin edilir 4. Müxalif siyasi məhbuslar azad edilir 5.Müsəlman Qardaşları Təşkilatı kütləvi aksiyalara son qoyur 6. Müvəqqəti yeni hökumət formalaşdırılır və ölkəni seçkiyə aparır 7 Misirdə azad və ədalətli seçkilər keçirilir
Posted on: Mon, 26 Aug 2013 07:53:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015