Müəllif: Rahid | Tarix: 31 Dekabr 2012 | Baxış sayı: (21358) - TopicsExpress



          

Müəllif: Rahid | Tarix: 31 Dekabr 2012 | Baxış sayı: (21358) 2013-cü ildə bürclər nə vəd edir. ”Qoç” (21.03 - 19.04) 2013-cü il sizə həm maddi, həm də mənəvi olaraq ən düşərli il olacaq. Mart ayında ailənizlə birlikdə qərarlar verəcəksiniz. Bunun nə olmasında asılı olmayaraq, həm sizi, həm də ailənizi məmnun edəcək. 2013-cü il təhsil alanlarınıza digər illərdən daha çox uğur gətirəcək. Aprel ayında özəl olaraq xoş anlar yaşa bilərsiniz. Daha az yeməli və idmanla məşğul olmalısınız. Uzun yürüşə çıxmaq sizə görə olacaq. May ayında düşündüklərinizi reallaşdırarkən, keçmişdəki səhvlərinizi təkrarlamayın. Fikirlərinizi bəyənməyənləri ani reaksiya verməyin. Sizə yaxın olan bir qadın tərəfindən sıxıntı keçirə, ya da üzülə bilərsiniz. İyun ayında heç nəyi bəyənməyəcəksiz və buna görə uzun-uzadı deyinəcəksiniz. Bunun əvəzinə əlinizdə olana şükür edib, imkanlarınızdan istifadə etsəniz, daha çox fayda qazana bilərsiniz. İyul ayı sizin üçün qərar qəbul etmək ayı olacaq. Arada sizi rahat edən, zövq verən şeylərlə də məşğul ola bilərsiniz. Amma bədxərc olmayın. Noyabr ayında iki şey arasında seçim etməli olacaqsınız. Bu sevdiyiniz insanla bağlı bir məsələ ola bilər. Uşaq sahibi olanlar isə onlarla bağlı problemlərlə maraqlanmalı olacaqlar. Eşq həyatı 2013-cü il maddi vəziyyətlə yanaşı, sevgi həyatında da sizə uğur gətirəcək. Bu il bir çoxun subay gənclər ailə quracaq, xüsusilə də ilin ikinci yarısından sonra axtardığınız sevgini tapa biləcəksiniz. Aprel ayına xüsusi diqqət edin. Evli və ya ciddi münasibət yaşadığınız biri varsa, onunla gözəl günlər sizi gözləyir. Bəziləri isə əsl sevgini tapdıqlarını düşündükləri halda, bu münasibətlərə son qoya bilər. Ailəli olanlar şeytana uya bilər, amma diqqətli olun. İyun ayında sürpriz sevgi ilə qarşılaşa bilərsiniz. Amma bu ay ərzində yaşayacağınız münasibətlər uzunömürlü olmaya bilər. 2013-cü ilin ikinci yarısında fiziki olaraq yorğun olacaqsınız. Amma qarşı cinslə münasibətləriniz şanslı bir dövr yaşayacaq. Hətta ciddi münasibətləri olmayan gözləmədikləri anda o şəxslə qarşılaşacaqsınız. Bu il sevgi-məhəbbət sizin olacaq. Bəziləriniz uzun müddətdir gözlədiyiniz xoşbəxtliyə qovuşacaqsınız. Bu il həm də ailələrində problemləri olan cütlüklər hər işi rahat şəkildə yoluna qoya biləcəklər. Səhhət Bu il bəzilərinizdə qaraciyər, ya da öd kisəsində problemlər yarana bilər. Bunun üçün daimi çek-ap müayinələrinizi unutmayın. Yorğunluqla bağlı şikayətləriniz ola bilər. Həmçinin noyabr ayında ailənizdəki böyüklərinizdən birini səhhətində narahatlıq yaşana bilər.
Posted on: Sun, 18 Aug 2013 21:15:55 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015