Nə istəyirəm bilirsən? Hər hansısa bir - TopicsExpress



          

Nə istəyirəm bilirsən? Hər hansısa bir küçədə gəzərkən, yanından keçən biri mənim ətrimdən vurmuş olsun. Sən də o ətiri,- gözlərin dola dola xatırlayasan-Ciyərlərinə çəkə çəkə əzab hiss edəsən.. Sonra səkiyə oturasan səssizcə, saatlarla ağlayasan. Yalnızca məni xatırlayasan. Başqa bir gün, aşiq olduğunu sandığın hər insanı qucaqlayanda qarşındakının saçlarındaki qoxuyla mənim qoxumu müqayisə edərkən özündən utanasan. İçindən; "Nə edirəm mən?" deyərkən heç cürə cavab tapa bilməyəsən. Yolda gedərkən, səhvlərini görəsən.. məni görəsən... Televiziyada təsadüfən adım çəkiləndə və ya hardasa adımı eşidəndə elə darıxasan ki axtarıb soruşmaq gəlsin içindən, amma zəng edə bilməyəsən. Zəng etməyə cəsarət tapmayacaq qədər, aşiq olasan mənə. Hər hansısa bir qəzetdə bürc yazısına rast gəldiyində, mənim bürcümü də oxumağa davam edəsən..Xüsusiy yətlərimi oxuduğunda onların məndə olduğunu xatırlayıb itirdiyin üçün peşman olasan.. Günün sonunda, gecə yastığa başını qoyduğunda mənim sənə öyrətdiyim kiçik sevincləri kimlərlə paylaşdığını xatırlayıb peşmanlıq çəkəsən.. Özündən nifrət edəsən, dostlarından.. sevgili olduğun hər insandan nifrət edəsən. "Məni sev" demirəm. Amma sevdiyim mahnıları dinləyərkən,sinəndə döyünən ürəyin ağrısın, nə olar?.. Bir az ağrısın,sızlasın..bir az...lap az
Posted on: Thu, 18 Jul 2013 18:28:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015