Peyğəmbər Meracda Cəhənnəmin gözətçisi Malik ilə - TopicsExpress



          

Peyğəmbər Meracda Cəhənnəmin gözətçisi Malik ilə söhbəti haqqında danışır. Publika.Az Türkiyə mətbuatına istinadən sözügedən dialoqu təqdim edir. Malik cəhənnəmdən iynə gözü boyda bir deşik açdı. Ordan ip nazikliyində qara bir tüstü çıxdı. Həmin tüstü bir saat boyunca çıxmağa davam etsəydi tüstünün qaranlığı bütün yeri və səmanı tutardı. Günəşin, ayın və digər işıq verən şeylərin nuru görünməzdi, məhv olardı. Malik isə həmin deşiyi elə həmin andaca əli ilə tutdu və tüstü yox oldu. Mənə isə belə dedi: - burdan içəri baxın. Baxanda gördüm ki, cəhənnəm bir-birinin altında 7 qatdan ibarətdir. Ən yuxarı qata möminlərin ən asiləri gedir. Bunun əzabı digərlərindən yüngüldür. 1-ci qat leza. Bura Nasara gedəcək 2-cü qat hutamə. Bura yəhudilər gedəcək 3-cü qat sair. Bura sabilər gedəcək 4-ci qat sakar. Bura atəştpərəstlər gedəcək 5-cı qat cahim. Bura müşriklər girəcək 6-ci qat haviye. Bura da münafiqlər gedəcək. 7-ci qat bir də Firon, Nəmrud kimi Allahlıq iddiasında olanlar gedəcək 7-ci qata. Mən aşağı təbəqədə olanların əzablarının şiddətindən baxmağa taqətim çatmadı. Ancaq üst təbəqədə olanlara baxdım ki, bura da ümmətimin asiləri gedəcəklər. Üst təbəqəyə baxanda gördüm ki, orda oddan 70 ədəd dərya var. Hər dəryanın kənarında isə alovdan bir şəhər var. Hər şəhərdə isə yana 70 min ev var. Hər evin içində 70 min sandıq var. Həmən sandıqların içində isə qadın və kişilər var. Orada həbs olunublar, ətrafları da isə ilan və əqrəblərlə əhatələnib. Mən soruşdum: - Ey Malik, bu sandıqların içindəki həbs olunanlar kimlərdir? – Cavabı belə oldu: - Bunların bəziləri insanlara zülm edib haqsız olaraq mallarını alanlardır. Bəziləri isə özünü böyük hesab edərək zalımlıq edənlərdir. Halbuki, böyüklük, cəlal və kəramət ancaq uca tanrıya məxsusdur. Sonra isə dodaqları dəvə və it dodaqlarına bənzəyən bir tayfa gördüm, hansı ki, qarınları da şişmişdi. Zəbanilər atəşli qalın çubuqlarla onların qarınlarına vururdular. Qarınlarındakı bağırsaqları qopub tökülürdü. Yenidə içlərindən bağırsaq yaradılırdı və zəbanilər yenə həmən çubuqla vururdular, beləcə onlara əzab verilirdi. Bunlar kimlərdir, dedim? Malik belə izah etdi: Bunlar ümmətinizdə yetim malını haqsız yerə yeyənlərdir. Bir tayfa gördüm qarınları dağ kimi şişmişdi. İçinə ilanlar və əqrəblər dolmuşdu. Həmin bu həşəratlar qarınlarında hərəkət edərək onlara iztirab verirdilər. Bunlar ayağa qalxmaq istədiyi vaxtda qarınlarının böyüklüyündən və ilanların, əqrəblərin hərəkətindən qalxmağa gücləri olmurdu. Yıxılırdılar. Soruşdum: Bunlar kimlərdi? Malik belə dedi: Bunlar ümmmətinizdən faiz yeyənlərdir. Daha sonra isə saçlarından asılan xeyli qadın gördüm. Onların kimliyini soruşanda cavab belə oldu: Bunlar o qadınlardır ki, üzlərini və saçlarını örtməyib özlərini kişilərə göstərirlər. Ərlərindən başqasına özlərini göstərirlər. ərlərinə əzab və cəfa çəkdirilər. Bundan başqa bir yığın qadın və kişi gördüm. Onları atəşli çəngəllərlə dillərindən asmışdılar. Dırnaqları misdən idi. Özlərini cırıb parça-parça edirdilər. Bunlar kimlərdi? Belə cavab verdi: Bunlar zina edənlərdir. Həm də uşaqlarını abort etdirib cinayət işləyənlərdir. Daha sonra yenə xeyli adam gördüm ki, onlar öz ətlərini qoparıb ağızlarına qoyurdular, yeməyib ağızlarında gizlədirdilər. Amma zəbanilər onlara yeyin, deyə məcbur edib, istəməyərək yedirdirdilər. Bu formada onlara əzab verilirdi. Bunların kimliyini soruşdum, cavabı: Bunlar insanları utandırar, arxasınca qeybət pisləyib qeybətini edənlərdir. Yenə də növbəti bir tayfa gördüm ki, onlar susadıqlarına görə Susuzluqdan yanıb fəryadla su istəyirdilər. Onların bu istəklərinə qarşılıq kimi odlu qədəhlərdə qaynar su verilirdi. İçməyə məcbur edilirdilər. Onlar is bu qədəhi ağızlarına yaxınlaşdıran kimi su şiddətli qaynadığına görə, üzlərinin ətləri bişərək qədəhin içinə tökülürdü. İçəndə isə bağırsaqları parça parça olaraq tökülürdü. Onlar barədə soruşanda da belə söylədi, Malik: Ümmətinizdən şərab və sərxoş edən içkiləri içənlərdir. Daha sonra baş aşağı ayaqlarından asılmışyenə bir qrup qadın gördüm, dilləri uzanıb ağızlarından çıxmışdı. Zəbanilər onların dilini odlu qayçılarla dayanmadan kəsirdi. Kəsilən dilləri kəsildikcə uzanırdı və onlar eşşək kimi anqırır, it kimi ulayırdılar. Bu qadınların kimliyini soruşanda Malikin cavabı belə idi: Bunlar ölən adam üçün fəryad edib ağlayan qadınlardır. Sonra yenə qadın və kişidən ibarət bir yığın adam gördüm ki, mis sobanın içində oturublar. Altlarından alov çıxaraq bütün vücudlarını bürüyürdü və buradan çox pis iy gəlirdi. Bunlar kimlərdir soruşdum. Malik cavab verdi: Bunlar zina edən qadınlar və kişilərdir. Yaxşı, bəs bu pis iy nədir, deyə soruşdum. Belə izah etdi: Onların bədənlərindən çıxan şeyin iyidir. Yenə də bir qisim asılmış qadın gördüm. Əlləri boyunlarına bərk bağlanmışdı. Kimlərdir deyə soruşduqda, cavab belə oldu: ərlərinə xəyanət edib, mülklərini tələf edənlərdir onlar. Peyğəmbər: bir tayfa gördüm ki, onların cəsədləri donuza, üzləri də itə bənzəyirdi. İlanlar, əqrəblər onları sancırdı, ətlərini yeyirdi. Bunlar kimdir dedim. Malik belə cavab verdi: Bunlar ümmətinizdən namaz qılmayıb. Qüsul etməyənlərdir. Daha sonra yenə bir qisim qadın və kişi gördüm. Onlara odla əzab verilirdi. Qışqırdıqca zəbanilər onları sopa ilə döyürdü. Qarınlarına atəşli süngülərlə vururdulıar. Əzabları çox çətin idi. Bunlar kimdi? Cavab verdi: Bunlar ana atalarına üsyan edib, onlara qarşı gələnlərdir. Yenə bir tayfa gördüm, onların boynuna atəşdən nəhəng halqa keçirilmişdi. Kimliklərini soruşanda, cavabı belə oldu: Bunlar üzərlərindəki əmanətləri sahiblərinə verməyənlərdir. Bundan sonra bir tayfa gördüm ki, zəbanilər onları odlu bıçaqla boğazlarını kəsirdi. Ancaq elə kəsən kimi dirilirdilər. Və zəbanilər yenidən onları kəsirdi. Onlar kimlərdi: Cavab: Bunlar haqsız yerə adam öldürənlərdir. Yenə bir tayfa gördüm: çox iyrənc və pis qoxulu şeylər yeyirdilər. Onlar kimlərdir? Malik: Bunlar qeybət edib, insanların ətini yeyənlərdir. Bundan sonra cəhənnəmdə bir qisim kişi və qadın gördüm. Onların əzabı bir-birinə bənzəmirdi. Hərəsinə müxtəlif əzablər tətbiq olunurdu. Bu təbəqədə əzab olunanlar arasında onlardan şiddətli əzab çəkən yox idi. Onları alovlu sopaların üzərində asmışdılar, ətləri bişib tökülürdü. Bəziləri də atəşli zəncirlərə bağlanmışdılar. Kimliklərini soruşdum. Cavab verdi: Onlar sağlam olub namazı tərk edən insanlardır. Və belə dedim: Ey Malik, qapını bağla, baxacaq taqətim qalmadı. Malik belə dedi: Ya Rəsulallah, mübarək gözünüzlə müşahidə etdiyiniz əzabları gördüyünüz kimi ümmətinizə bildirin. Onları çox çəkindirin. Günahlardan, Allahın əmrinə qarşı hərəkətdən onları məhrum edin. Allaha tam itaətə təşviq edib ibadət yoluna gətirin. Allahın əzabı şiddətlidir, cəhənnəmi yeddi təbəqədir. Bu gördüyünüz ilk təbəqəsidir. Ümmətinizin zəifliyi və belə əzaba tab gətirməyəcəklərini başa salıb o qədər çox ağladı ki, Cəbrayıl, Muqarrəb mələklər və orda olan digər mələkilər də ağlamağa başladı. Rəsulallahın dua və niyazına: Amin! dedilər. Bununla bərabər izzət sahibi ulu Tanrıdan belə xitab gəldi: Həbibim, sənin dəyərin mənim qatımda böyükdür, duan məqbuldur, şəfaətin məqbuldur. Könlünü xoş tut. Səni muradına çatdırdım. Qiyamətdə sənə bir vəzifə verəcəm. Bu qədər asiləri sənə bağışlayacam, ta ki, bəsdi, deyəsən. Sənin ümmətini sair ümmətlərdən sonra seçdim. Səni də onlar şəfaətçi etdim. Dilədiyin qədər şəfaət, himayə et, qəbul edərəm. Sonra Malikdən başqa, cəhənnəmdə gözətçilər 18 dənədir. Maliklə birlikdə 19 olurlar. “Onların üzərinə 19 mələk təyin edilib. Rəsulallah ümmətinin doğru yola gəlmələrini, xilas olunmalarını dilədi.
Posted on: Sat, 23 Nov 2013 19:18:38 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015