Siyasi kuluarlarda Sərdar Cəlaloğlunun qəfil gedişi ilə - TopicsExpress



          

Siyasi kuluarlarda Sərdar Cəlaloğlunun qəfil gedişi ilə bağlı müxtəlif söhbətlər dolaşır. Onlardan ən inandırıcısı isə İqbal Ağazadə ilə Sərdar Cəlaloğlu arasında yaranan pul mübahisəsindən sonra vəziyyətin hazırkı duruma düşməsi sayılır. Bir müddət əvvəl ADP rəhbəri ilə onun İctimai Palataya üzv olması haqda söhbətlər aparılanda Sərdar Cəlaloğlunun birinci şərti İqbal Ağazadənin də qurumda təmsil olunması ilə bağlı olmuşdu. Yəni Sərdar Cəlaloğlu özündən çox İqbal Ağazadənin lobbiçiliyini edirdi. Elə əvvəlki gündən Sərdar Cəlaloğlunun İqbal Ağazadənin yanında olmasına birmənalı yanaşılmırdı. Bəli, "Qarabağ" blokundakı mənzərə onların bir yerdə olduğunu deyil, ADP sədrinin millət vəkilinin yanında durması qənaətini yaradırdı. Sərdar Cəlaloğlu heç bir parametrlərinə görə İqbal Ağazadədən geri qalmır. Əksinə, siyasi təcrübə baxımından onu üstələyir. Üstəgəl Sərdar Cəlaloğlunun yaxşı tanıyanlar gözəl bilir ki, marağı olmasa idi, o, İqbal Ağazadənin yanında bir gün də olsun qalmazdı. Bəs indi nə olub?
Posted on: Sat, 31 Aug 2013 07:38:42 +0000

Recently Viewed Topics




© 2015