Turkan Qehremanova Her yerdə "Sadə olmaq gözəldir" deyib, stol - TopicsExpress



          

Turkan Qehremanova Her yerdə "Sadə olmaq gözəldir" deyib, stol arxasında oturarkən stolun üstünə BMW-nin açarı, iPhone, Blackberry-ni qoyan da - BİZİK. Neftçilər metro stansiyasında olarkən telefonda dostunuza "Nərimanova çatıram" deyib, yolu qısaltmağı və dostumuzu sakitləşdirməyibacaran da - BİZİK.İxtisasımız "Müəllim"lik olub, elektrik işini, maşın düzəltməyi, mala çəkməyi bacaran da - BİZİK. Avtobusda gedərkən sürücüdən "Biraz ortaya keçin, orta boşdu" sözünü eşidib, israrla "Mən düşəcəm" deyən də - BİZİK.Toyda "Gülən yerdə mənim şəklimi belə çəkərsən" deyən adama çəkilmiş şəklini uzadıb "Çox gözəl düşmüsən" deyənzaman, "İnan, xəbərim olmayıb nə vaxt çəkiblər" deyən də - BİZİK. İki sevgilini qucaqlaşaraq gəzən görüb, gülərək "Bərk yapış, birdən qaçar" kəlməsini deyib, öz sevgilimizlə qucaqlaşaraq gəzən də - BİZİK. Yaxın dostlarımız qala-qala şəhərdə itlə gəzən də - BİZİK. FaceBook-da dostuna "Şəklimi like elə dəəəə... please..." deyəndən sonra şəkilə like gəlməsə, həmin dostdan inciyən də - BİZİK. Həkim qəbulunda növbədə gözləyən camaata növbənin nə olduğunu başa salıb, növbədən kənar içəri kəçən də - BİZİK.Tıxac vaxtı arxadan bizə siqnal verən sürücüyə "əə nolub görmürsən probkadı hara sürüm" deyib, qarşıda dayanan avtomobilə siqnal verib "ə noldu sür dəəəə" deyən də - BİZİK. Metro kartındakı cəmi bircə gedişlə bütün qrup yoldaşlarını, məhləuşaqlarını, əgər olsa padxod məqsədi ilə yanındaki gözəl xanımı da metrodan keçirdən də - BİZİK.Avtobusda əlindəki qəpiylə şüşəyə daqqıldadıb, yoğun səslə "Burdasaxlayarsan" deyən də - BİZİK.Metroda maşinistlə əlaqə düyməsinə basıb, "Gənclikdə saxlayarsan" deyən də - BİZİK.FaceBook-da hamı ilə sağollaşar "Gecəniz xeyrə qalsın" deyib səhərə kimi "offline" oturan da - BİZİK.Dostlar arasında "Sevgidə gözəllik önəmli deyil, əsas odu ürəkdən sevəsən" deyib, gözəl qız axtaran da - BİZİK. Əl telefonuna gələn qısa vızıvlardan bezib, 1 saat olsa belə "YES" düyməsi üstündə gözləyən də - BİZİK.Universitetdə müəlliməyə "Məəlim, olar ruçka alım gelim" deyib, dərsdən qaçmağı bacaran da - BİZİK.Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə "heç olmasa 9 AZN elə də onu" deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da - BİZİK .Bu, BİZ idik... Əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv, biraz daacınacaqlı görsənən - BİZ !
Posted on: Sun, 29 Sep 2013 11:58:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015