Zahid Seferoglu: Rusiyanın məşhur müxalifətçisi Aleksey - TopicsExpress



          

Zahid Seferoglu: Rusiyanın məşhur müxalifətçisi Aleksey Navalnı cəmi 24 saat həbsdə saxlanıldıqdan sonra azadlığa çıxdı. Təbii ki, beynəlxalq təpkinin nəticəsi olaraq. Avropa Birliyi, ABŞ müxalifət liderinin güclü müdafiəsinə qalxmışdılar və... bu da nəticə. Bir daha qənaət hasil oldu ki, Qərb istəsə, iradə sərgiləsə, Azərbaycanda siyasi məhbus məsələsində də köklü dönüş yaranar və hətta problem qısa müddətdə qapanar. Ancaq əcnəbi “mamaçaların” gücünü şişirtməyə lüzum yox. Çünki həmişəki kimi, güc yenə “doğana” düşəcək. Yəni xalq köklü dəyişikliklərə təşnədisə, məhz o zaman xarici kömək effektli ola, prosesə dinamika və stimul verə bilər; deyilsə, “köhnə hamam, köhnə tas” status-kvo durumunun davamı qaçılmazdır.
Posted on: Sun, 21 Jul 2013 05:54:14 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015