inwaAllah o da seni bele sevir Jalem... Onlar iki il əvvəl - TopicsExpress



          

inwaAllah o da seni bele sevir Jalem... Onlar iki il əvvəl evlənmişdilər. Oğlan ədəbiyyatı və şeri çox sevirdi. Yazıları və şerlərini internet səhifələrinə, qəzetlərə göndərirdi. Lakin, hələki yazıları oxucular tərəfindən yetərincə sevilmirdi. Bundan əlavə oğlan çox gözəl fotoqraf idi. Öz toy şəkillərinin əksəriyyətini də özü çəkmişdi. Ədəbiyyata və şerə olan sevgisindən fotoqraf sənətini bir kənara atmışdı. Yoldaşını çox sevirdi və bu sevgi qarşılıqlı idi. Amma qız bir az səbirsiz və küsəyən idi. Kiçik şeylər üzündən dava salar, yoldaşı ilə günlərlə danışmazdı. Oğlan daha səbirli və həmişə barışdırıcı olmağa çalışırdı. Bir gün qız yenə yoldaşının sevmədiyi bir işi görməsini istəyirdi. QIZ: “Üç gün sonra rəfiqəmin toyudur. Məndən şəkilləri sənin çəkməyin üçün xahiş etdilər. Üstəlik artıqlaması ilə pul ödəyəcəklər.” OĞLAN: “Bu günlərdə vaxtım yoxdur”. QIZ: “Off… yenə vaxtın yoxdur. Bu roman yazma işini bir kənara qoy. Onsuzda yazmaq üçün çox vaxtın olacaq. İstəyirəm ki, rəfiqəmin toy şəkillərini sən çəkəsən”. OĞLAN: ” Xeyr…!” QIZ: ” Üç gün içində mənim təklifimi qəbul edəcəksən, yoxsa hər şeyə son qoymalıyıq.” deyib otaqdan çıxdı. Son iki gün qız yoldaşı ilə danışmır, onun suallarını cavabsız qoyur, hətta onunla bir otaqda belə oturmurdu və üçüncü gece oğlan: “Danışmağımız lazımdır” dedi. QIZ: “Əgər toy haqqında danışacaqsansa qulaq asaram.” OĞLAN: “Çox mühüm bir söhbətdir” Qız yenə cavab vermirdi, susurdu… Nəhayət oğlan dedi: “Bir qızla tanış olmuşam. Məni çox sevir. Çox yaxşı xasiyyəti var. İstəmədiyim işləri mənə məcbur etmir. Həm də mənim yazılarımı dəstəkləyir və bir gün məşhur bir yazıçı olmağıma ürəkdən inanır.” Qız yoldaşının sözlərindən heyrətə gəlir. Göz yaşlarını gizlətməyə çalışsa da iki damla yaş gözlərindən süzülür. Oğlan əlini gecəliyinin döş cibinə salaraq “Qızın şəklini çəkmişəm.. Görmək istəyirsən?” deyə soruşdu. Qız yaşla dolu tərs baxışlarını oğlana yağdıraraq “İstəmirəm, lazım deyil!” dedi. Oğlan işığı söndürüb yatağa girdi. Qız isə yata bilmirdi. Bir zamanlar özü yoldaşına həmin qız kimi davranmışdı. Onu daima sevəcəyini və nə olursa olsun həmişə dəstəkləyəcəyini vəd etmişdi. Verdiyi vədləri nə tez unudmuşdu, nə tez dəyşmişdi… O günlərə qayıtmaq sevgisini yenidən qazanmaq istəyirdi. Təkrar ağlamağa başladı. Sonra gözü yoldaşının gecəliyinin döş cibində olan şəkilə sataşdı. Maraqdan və qısanclıqdan şəkilə baxmaq istəyirdi. Yavaşca əyilib şəkili gecəliyin cibindən çıxartdı. Baxdı… Doyunca ağlamaq istədi… Doyunca gülmək istədi… Çox gözəl çəkilmiş bir şəkil idi. Qız da çox gözəl idi. Öz şəkli idi… Özünün xəbəri olmadan çəkilmiş bir şəkil… Qız sevincək halda əyilib yoldaşının yanağından öpdü. Oğlan dodaqaltı gülümsədi, lakin özünü yatmış kimi göstərdi…
Posted on: Wed, 14 Aug 2013 04:14:58 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015