sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin - TopicsExpress



          

sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə,konfransda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, paytaxtın ümumi təhsil məktəblərinin, məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak edib. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov qarşıdan duran vəzifələrdən danışıb. Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil müəssisələrinin işinin daha səmərəli təşkili üçün qarşıda duran vəzifələrdən bəhs edib. Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması, məktəb direktorlarının maaşının müvafiq meyarlar üzrə artırılması, ingilis dilinin tədrisinin gücləndirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəblərin dayanıqlı internetlə təmin olunması istiqamətində nəzərdə tutulmuş dəyişikliklər və digər zəruri tədbirlər haqqında məlumat verib. Təhsil naziri yeni tədris ilində ilk dərsin vətənpərvərlik mövzusuna həsr olunacağını söyləyib və təhsil müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlarını verib.
Posted on: Wed, 11 Sep 2013 18:29:40 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015