İlanlar doğulur kirpilər üçün, Zəhərlər kəsərli, - TopicsExpress



          

İlanlar doğulur kirpilər üçün, Zəhərlər kəsərli, iynələr iti... Amma hər ikisi dərmana dönür, İlanın zəhəri, kirpinin əti! Deyirlər kirpiyə sığal yaraşmır, Deyirlər ilanın imanı yoxdur! Heyrətdən kirpinin saçları biz-biz... Bu gün süfrəsində ilanı yoxdur! Qıvrılıb, gərilib əsəblər kimi, İlanlar dolanır yerin belinə! Tikanı korşalıb daha kirpinin, İndi dil çıxarır ilan dilinə! Bir qədəh dayanıb yer kürəsində, İlanı üstündə qıvrılıb yatır... Həmişə belədi: Xəstə dadına, Gah zəhər yetişir, gah iynə çatır... Kirpi nə bilsin ki, canında onun, Elə ilanların şəfası gəzir, İlan nə bilsin ki, onun dalınca Şəfa təqib edən bir kirpi əsir! Canını qoymağa yer tapmır daha, İlan da qıvrılıb qovur özünü! Sonra öz boynuna dolanıb sıxır, Sıxır boğazını, boğur özünü! Beləcə qovaraq biri-birini, Kirpilər, ilanlar gedirlər yola! Və kirpi yanaşır aptekə birdən: Xanım, sizdə ilan zəhəri olar???
Posted on: Tue, 24 Sep 2013 09:31:57 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015